Goranboyda deputat və icra başçısı Milli Qəhrəmanı doğum günündə ziyarət etdi – FOTObackend

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevi doğum günü ilə bağlı evində evində ziyarət ediblər.

“Yeni Gündəm” xəbər verir ki, Milli Qəhrəman Maşallah Abdullayev və ailəsi ilə çay süfrəsi ətrafında səmimi söhbət aparan icra başçısı və deputat onun problemləri ilə maraqlanıb.

Onu qeyd edək ki, Maşallah Abdullayev Birinci Qarabağ müharibəsi ərəfəsində könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə fəal iştirak edib, Ağcakənd də daxil olmaqla neçə-neçə kəndin erməni işğalçılarından azad edilməsində böyük xidmətləri olub.

Milli Qəhrəman ziyarətə görə razılıq  və  minnətdarlığını qeyd edib, yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib.