Goranboyda partlayış, azyaşlılar xəsarət aldıbackend

Goranboy rayonunda yaşayış evində partlayış olub.

“Yeni Gundem”in xəbərinə görə, mənzilə dolan qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 2008-ci il təvəllüdlü Əhmədov Ümid Məftun oğlu və iki azyaşlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ü.Əhmədovun vəziyyəti kafi, digər yaralıların isə durumu normal qiymətləndirilir.