Goranboyda şəhid anaları ilə görüş keçirilib – FOTObackend

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonuna səfəri zamanı növbəti dəfə şəhid anaları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

“Yeni Gündəm” xəbər verir ki, görüşdə şəhid analarının qayğılarını dinləyən Anar Məmmədov Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə diqqət və qayğısından danışıb və onların qayğılarının həll olunması üçün icra edilən və gələcəkdə də davam etdiriləcək tədbirlərdən bəhs edib.

Sonda şəhid anaları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirib.