Goranboyda şəhidin adına küçə verildi – FOTObackend

Goranboy rayonu Düzqışlaq kəndinin mərkəzi küçələrindən birinə Vətən müharibəsi şəhidi ZeynalovElşənin adı verilib.

“Yeni Gundem” xəbər verir ki, bu münasibətlə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, rayon ağsaqqalları və ziyalıları, rayonun baş axundu ilə birlikdə şəhidimizin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Şəhidin yaxınları da göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildiriblər.

Onu qeyd edək ki, şəhid Zamanov Elşən Tərtərin Suqovuşan kəndinin düşməndən azad olunmasında fəal iştirak edib, Azərbaycn Prezidenti İlham ƏLiyevin Sərəncamı ilə Elşən Zeynalov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.