Goranboyda Vətən müharibəsi qazisi ziyarət olundu – FOTObackend

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda edən və döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkəmizin hər yerində olduğu kimi Goranboy rayonunda da diqqət mərkəzində saxlanılır.

Goranboy rayonunun Kəhrizli kəndindən olan Vətən müharibəsi qazisi Yusubov Vüsal Sübhan oğlu Mərkəzi Hərbi Klinik hospitalında müalicə olunaraq evinə dönüb.  96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov qazimizi və ailəsini ziyarət edib, onun səhhəti ilə yaxından maraqlanıb, mövcud problemlərinin həlli istiqamətində müvafiq köməklik olunub. Ziyarətdə deputatla yanaşı rayon ağsaqqalları və ziyalıları da iştirak edib.

Vüsal Yusubov və ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.