Goranboyda Vətən müharibəsi qazisi ziyarət olundu – FOTObackend

Milli Məclisin deputatı Anar Məmmədov və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev YAŞAT Fondu tərəfindən qardaş Türkiyə Respublikasında müalicə alan və 24 may tarixində 10 günlük vətənə dönən Vətən Müharibəsi qazisi, Borsunlu kənd sakini, 2001-ci il təvəllüdlü Nəsirov Elmar Elmir oğlunu növbəti dəfə evində ziyarət etdilər.

“Yeni Gündəm” xəbər verir ki, görüşdə Goranboy Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, rayon ağsaqqalları və ziyalıları iştirak etdi. Görüş iştirakçıları qəhrəmanlığa görə  qaziyə öz ürək sözlərini bildirib, onun qayğıları ilə maraqlanlar.

44 günlük Vətən müharibəsində döyüş tapşırığını yerinə yetirən zaman ağır xəsarətlər alan Qarabağ qazisi Nəsirov Elmar  keçdiyi döyüş yolundan, özünün və yoldaşlarının göstərdikləri igidlikdən danış. O, dövlət başçısına şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi.