Goranboyda Vətən müharibəsi şəhidi doğum günündə yad edildi – FOTOLARbackend

Dəliməmmədli şəhərindən Vətən müharibəsi şəhidi Əliyev Sənan Ceyhun oğlunun doğum  günü ilə bağlı 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşları və ictimai fəallar şəhidin məzarını ziyarət edib. Burada şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.D

“Yeni Gündəm” xəbər verir ki, deputatın köməkçisi və Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşları daha sonra şəhidin evinə gələrək onun ailə üzvləri ilə görüşüb, qayğıları, problemləri ilə maraqlanıblar.
Şəhidin ailə üzvləri dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin.