Goranboyda Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olundu – FOTObackend

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvələrin Qalib Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, cənnət Qarabağın azadlığıyla nəticələndi. Üç minə yaxın qəhrəmanımız torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igidimiz qazi adını qazandı.

Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir. Növbəti dəfə Milli Məclisin deputatı Anar Məmmədov Qarasuçu kəndindən Vətən müharibəsi şəhidi Həsrətov Elməddin Sərdar oğlunun ailəsini ziyarət etdilər, şəhidin adına yaradılmış guşə ilə tanış oldular, ailənin qayğıları ilə maraqlandılar.

Şəhidin yaxınları onun keçdiyi şərəfli döyüş yolundan danışdılar. Həsrətov Elməddin Sərdar oğlu torpaqlarımızın işğaldan  azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına  şəhid olub.

Sonda şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirdilər.