Goranboyda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib – FOTObackend

Bu gün II Qarabağ müharibəsi zamanı şəhid olan Goranboy rayonu, Xoylu kənd sakini şəhid Nemət Məmmədovun anadan olduğu gündür.

“Yeni Gündəm” xəbər verir ki, bu münasibətlə 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov bir qrup ziyalı və rayon fəalları ilə birlikdə şəhidin məzarını ziyarət edib.

Elçin Cahangirov millət vəkilinin səmimi ürək sözlərini çatdırıb, şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edib, şəhidin ruhuna dualar oxunub.

Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu bildirib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını söyləyib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu qeyd edib.
Şəhidin ailə üzvləri dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin.