Goranboyda Vətən Müharibəsi şəhidinin xatirəsi anılıb – FOTObackend

Mənfur düşmənin ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanmasından bir il ötür.

“Yeni Gündəm” xəbər verir ki, sentyabrın 29-da Goranboy rayonu Borsunlu kənd şəhidi Cahangir Qurbanovun anım mərasimi keçirilib. Mərasimdə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak edib.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra deputat və başçı şəhidlərin yaxınları ilə həmsöhbət olub, qayğıları ilə maraqlanıb.