Goranboydakı yanğında bir nəfər yaralanıbbackend

Goranboy rayonunda yanğın baş verib. 

“Yeni Gündem” xəbər verir ki, Borsunlu kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli, 4 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı 10 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.