Görmə imkanı məhdud müğənninin konserti keçirildi – Fotolarbackend

Görmə imkanları məhdud istedadlı gənc müğənni Ramal Əzimzadənin “Sənət sərhəd tanımır” adlı konserti keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, komitənin eksperti Əkbər Qoşalı, millət vəkili Məşhur Məmmədov, RHİM İB sədri Arzu Bağırova, “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva, Millət vəkili Elnur Allahverdiyevin köməkçisi Rüstəm Qaraxanlı, Yunus Əmrə İnstututunun Azərbaycan nümayəndəliyinin rəhbəri Səlcuk Karakılıç iştirak edib. Onların hər biri gənc müğənniyə uğurlar diləyiblər. Çıxışlardan sonra gənc sənətçiyə təşkilatçıların adından xatirə hədiyyəsi  təqdim olunub.
Daha sonra Ramal Əzimzadə maraqlı konsert proqramı ilə çıxış edib.

Qeyd edək ki, konsert Milli Məclisin Mədəniyyət Komitəsi, Beynəlxalq Muğam Mərkəzi, Masallı Təhsil Fondu, “Nəfəs” İB və RHİMİB-in təşkilatçılığı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” ictimai birliyinin mənəvi dəstəyi ilə həyata keçirilib.

Yenigundem.az