“Görülən işlər həm gələcəyinizə faydalı olacaq, həm də cəmiyyət bundan bəhrələnəcək”backend

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Uşaq Səfirlər Məclisin yeni seçilmiş üzvləri ilə görüşüb.

“Yeni Gundem” xəbər verir ki, Görüşdə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova hər kəsi salamlayıb. O, Uşaq Səfirlər Məclisinin könüllü fəaliyyət platforması kimi həm Dövlət Komitəsinin uğurlu layihəsi olduğunu, həm də bir təşkilat kimi öz fəaliyyəti ilə Respublika miqyasında özünü doğrultduğunu bildirib.

İki ildən artıq bir müddətdir fəaliyyət göstərən Səfirlər Məclisinin qısa vaxt ərzində böyük bir yol qət etdiyini, müəyyən hədəflərə nail olduğunu vurğulayan B.Muradova qeyd edib ki, Məclisin həyata keçirdiyi işlər artıq beynəlxalq miqyasda da görünür.“Həqiqətən də uşaqlar hər bir ölkədə, hər bir xalqın düşüncəsində gələcək və xoş sabahlar deməkdir. Görülən işlər həm gələcəyinizə faydalı olacaq, həm də cəmiyyət bundan bəhrələnəcək”-deyə Komitə sədri əlavə edib.

O, qeyd edib ki, bu platformadan əldə edilən müsbət təcrübə və peşəkar bacarıqlar Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək, pandemiya dövründən başlayaraq fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin yeni bir platforma olmasına baxmayaraq artıq özlərini təsdiq etdiklərini qeyd edib. O, Elm və Təhsil Nazirliyi ilə danışıqlara əsasən iki məktəbdə pilot layihə olaraq Məclisin ümumi təhsil müəssisələri üzrə yerli nümayəndəlikləri yaradılacağını və  uğurlu olduğu təqdirdə ölkə üzrə böyük bir şəbəkə formalaşacağını bildirib.

Görüşdə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova uşaqların Səfirlər Məclisinə seçim turu haqqında məlumat verib. O, qeyd edib ki, müxtəlif regionlardan olmaqla 150-yə yaxın müraciət arasından seçilən yeni üzvlər artıq Dövlət Komitəsinin bir sıra layihələrinə cəlb ediliblər.

“Uşaq Səfirlər Məclisi”nin sədri Nurlan Cəbrayılzadə ötən müddət ərzində Məclis tərəfindən həyata keçirilən layihələr və görülən işlər barədə məlumat verib.

Görüş iştirakçıları uşaq səfirləri olaraq bu missiyanın şərəfli və böyük məsuliyyət olduğunu bildirib, “Uşaq Səfirlər Məclisi”nin üzvü seçilmələri ilə bağlı qürur hissi keçirdiklərini ifadə edərək, Məclisdə uşaqların səsi olaraq onları təmsil edəcəklərinin sevincini paylaşıblar.

Yekunda Komitə sədri “Uşaq Səfirlər Məclisi”nin yeni seçilmiş üzvlərinin hər birini bir daha təbrik edib, həmçinin onların qarşısında önəmli vəzifələrin qoyulduğunu və bu istiqamətdə daha məsuliyyətli olmağı, öz potensiallarını daim artırmağı tövsiyə edib. Eyni zamanda, Məclisdə fəaliyyətini başa vuran uşaqlara gələcək işlərində uğurlar arzu edib.

Uşaqlar isə öz növbəsində üzərilərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün əzmlə çalışacaqlarını qeyd ediblər.

Sonda xatirə fotosu çəkilib.

Fərahim RƏHİMOV