Gorus-Qafan yolu ilə bağlı danışıqlar nəticəsiz qaldıbackend

Avqustun 26-sı Azərbaycan, Rusiya və Ermənistan arasında Zəngəzur bölgəsindən keçən Gorus- Qafan yolunun bağlı hissələrinin açılması ilə bağlı üçtərəfli danışıqlar aparılıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə erməni KİV orqanları yazır.

Qafan şəhərinin meri Gevorq Parsyan danışıqların bu gün hələ bərpa olunmadığını deyib. Onun sözlərinə görə, danışıqların bu gün bərpa edilməsi gözlənilir.

Qeyd edək ki, avqustun 25-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının əsgərinə Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında iki erməni hərbçisi tərəfindən edilmiş hücumun ardınca Ermənistanın Gorus və Qafan vilayətlərini birləşdirən, bir hissəsi Azərbaycan ərazisindən keçən yol bağlanıb.

Bu məsələ iki gündür Ermənistanda əsas müzakirə mövzusuna çevrilib və yolun açılması üçün Rusiya tərəfinin vasitəçiliyi ilə danışıqların getdiyi deyilir. Azərbaycan tərəfi isə hələlik baş verənləri şərh etmir.