Gorus-Qafan yolu üzərində sərhəd nəzarət postu istifadəyə verildibackend

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Qubadlı rayonu ərazisində yerləşən “Eyvazlı” sərhəd nəzarət postunun yeni inzibati binasının açılışı olub.

“Yeni Gündəm” xəbər verir ki, məntəqə müasir avadanlıqlarla təchiz edilib.

DSX-nin Mətbuat Xidmətinin əməkdaşı Rəşad Məşədiyev qeyd edib ki, “Eyvazlı” sərhəd nəzarət postunun yeni inzibati binasında sərhədçi və gömrükçülərin işləməsi üçün şərait yaradılıb: “Biz hazırda Qubadlı rayonu Eyvazlı kəndində yerləşən, Gorus-Qafan yolu üzərində yerləşən dövlət sərhədindən buraxılış məntəqəsindəyik. Buraxılış məntəqəsində DSX-nin və dövlət gömrük komitəsinin əməkdaşlarının xidməti şəraitinin yüksəldilməsi üçün yeni təmirdən çıxmış inzibati binanın istifadə edilməsi prosesində iştirak edirik. Burada dövlət sərhədindən keçən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin qeydiyyata alınması, mərkəzləşdirilmiş elektron sistemə daxil edilməsi və digər sərhəd nəzarəti həyata keçirilir. Gördüyümüz bu ərazinin mühafizəsi sərhəd döyüş məntəqələri tərəfindən perimeter boyunca təşkil olunur”.