Göyçay sakinləri “Azərişıq” ASC-nin fəaliyyətindən narazıdırbackend

Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakinləri “Azərişıq” ASC-nin fəaliyyətindən narazıdır.

Məlumunuz olsun ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd ərazisində hava şəraitindən aslı olmayaraq, yəni küləksiz və ya yağışsız zamanlarda belə verilən elektrik enerjisi dayandırılır, saatlarla fasilələr yaranır. Xüsusən də Göyçay Elektrik Şəbəkəsinin yeni rəisi Şahmar İbrahimov vəzifəyə təyin olunandan sonra belə hallar artmağa başlayıb. Vaxtilə şəbəkənin sabiq rəisi Ziya Quliyevin fəaliyyətindən narazılıq edən Göyçay sakini olaraq hazırda “Ziya”lı günlərimizi xatırlayıb keçmişə qayıtmaq istəyirəm. Necə ki, şerdə “Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim” deyildiyi kimi. “Azərişıq” ASC-nin 199 qaynar xətt nömrəsinə zəng edib şikayət edirik, hər dəfə bildirirlər ki, sözü gedən ərazidə qəza baş verib və sair…

Yoldaş Vüqar Əhmədov, şübhəsiz ki, elektrik enerjisinin kəsilməsi müəyyən səbəblərdən baş verə bilər. Məsələn, elektrik dirəklərinin, naqillərin, transformatorların köhnə və istismar müddəti başa çatmış olması tez-tez qəzaların baş verməsinə gətirib çıxarır. Hesab edirəm ki, Göyçayda 3-cü xətt üzərində yenidənqurma və əsaslı təmir işləri aparılmalıdır.

Qeyd edək ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovdur.