“Göyçənin Zod kəndi alındı” xəbərini eşitsəm…”backend

Onu komediya ustası, aktyoru kimi daha yaxşı tanıyırıq. İnsanlara gülüş bəxş edir, gülür, güldürür. Mövzu vətən olduqda isə güldürdüyü qədər də həssas davranır.

“Yeni Gündəm” Elməddin Cəfərovla müsahibəni təqdim edir:

– Qalib ölkənin vətəndaşı olmaq necə bir hissdir?

– Həyatımda 3 dəfə məni xoşbəxt edəcək  xəbər almışam-övladlarım dünyaya gəldəndə və Qarabağın işaldan azad  olunduğunu eşidəndə. Çox möhtəşəm bir duyğudur. Açığı bu aralar bir qədər soyuqlamışdım, özümü narahat hiss edirdim. Qələbə xəbərini eşidəndə qızdırmam, bütün ağrılarım getdi və tam sağaldım.

– Ali baş komandanımız İlham Əliyev  torpaqlarımızın işaldan azad olunduğunu elan etdikdə hansı hissləri yaşadınız?

– Tam səmimi deyəcəm. İşaldan azad olunan torpaqlarımızın hər birinə çox sevindim. Amma Şuşanın azadlığını eşidəndə özümdən asılı olmadı, ağladım. Bu psixoloji bir proses idi. Mənə sevincdən qəribə bir istilik gəldi və özümdən biixitiyar gözümdən yaş süzüldü. Qəribə hiss idi.

– 3 gündür ki, paytaxtımızda böyük bir coşqu yaşanır. Siz qələbə sevincini  kiminlə, necə bölüşürsünüz?

– Mən də şəhərdə yaşanan o coşqunu izləyir və belə gündə xalqla birlikdə olmaq, o sevinci paylaşmaq üçün həmin gün özümü toparlayıb şəhərə çıxmaq qərarına gəldim. Əynimi qalın geyinib şəhər turu atacaqdım. Həmin gün tıxaca düşdüm, saat 7-də evdən çıxdım, 9-un yarısı maşını arxaya verib geri qayıtdım. 2 saat ərzində 20 metr yol gedə bildim. Evə döndükdə məndən şəhərdəki coşqunu soruşdular.   Deyə bilmədim ki, qapının ağzında qalmışdım.

– Göyçədə doğulub, uaqlığını o torpaqlarda keçirən biri kimi Göyçənin geri qayıtdığı günü gözləyirsinizmi?

– Gözləyirəm… Elə bilirəm ki, o xəbəri eşitsəm yaşamaram. Ürəyim partdayar.

– Səbəb?

– Ürəyim götürməz. Psixoloji olaraq bu mənim zəif nöqtəmdir. Göyçədən birinci sinifdə oxuyanda çıxmışam. Ora ilə bütün xatirələrim beynimdə fırlanır.  “Göyçənin Zod kəndi alındı” xəbərini eşitsəm… Onu qaldıra bilmərəm.

– Qarabağ işğaldan azad olundu. Bu torpaqlara nəqliyyat xətti çəkildikdən sonra ilk olaraq hara gedəcəksiniz?

– Oğlum Nihada bir sözüm var.  Onu Şuşaya aparacam. Nihadın 17 yaşı var və Şuşanı görməyib, Macarıstanda təhsil alır. Şuşa alınan gün mənə mesaj yazdı ki, “ata mən dekabrda tətildə gəlsəm Şuşaya gedə bilərik?”. İnsan o qədər qəhərlənir ki… Azərbaycanın hər qarışına, bölgəsinə qurban olum. Amma bizim Şuşaya xüsusi sevgimiz var. Uşaq anadan doğulur Şuşa deyir.

– Oğlunuza nə cavab verdiniz?

– Şuşaya gediş gəliş olsa dekabrda gedəcəyimizi, alınmasa yayda mütləq onu aparacağımı bildirdim. Dindarlar məndən inciməsin mənim üçün Şuşa Azərbaycanın məkkəsidir. Mən özüm də Allaha inanclı insanam. Bunu inanc nöqteyi nəzərdən demirəm. Şuşa bizim mədəniyyətimizin beşiyidir. Göyçədə doğula bilərəm, Gəncdə böyüyə bilərəm, Bakıda yaşaya bilərəm ancaq Şuşa mənim üçün böyük əhəmiyyət daşıyır.  Mənə görə Azərbaycan sanki Şuşadan başlayır. Bu hissi bizə yaşatdığı üçün Ali  Baş Komandanımızın, cəbhədə döyüşən mərd oğullarımızın, şəhidlərimizin qadasın alım. Nə yaxşı ki, onlar Şuşanı bizə qaytardılar. Mənim 40 yaşım var. Elə bilirəm ki, Şuşanın havasını alsam özümü yaşamış hesab edərəm.

– Həqiqətən də gözəl günlər yaşayırıq. O günlər heç də uzaqda deyilmiş.

– Hazırda çox xoşbəxt millətik. Təbriklərimiz də artıq bitib. Əvvəllər deyirdik ki, “İnşallah bu günü Şuşada qeyd edərik”, “Gün o gün olsun Qarabağda dincələk”. İndi o sağlıqlar da bitdi.

Mən tolerarant insanam, amma düşmənlərimizin əzilməyinə sevinirəm. Özümdən asılı deyil. Müdafiə Nazirliyinin yaydığı videolara baxıram, ordumuz onları iti qovan kimi qovur, bu xoşuma gəlir, ürəklənirəm. İnsan  insana elə gündə sevinməz, amma onlar insan deyil deyə adam sevinir. Heç vaxt  insan ölümünün videosuna baxmırdım. Amma ermənilərin ordumuz tərəfindən necə tələf olmasını görəndə mənə ləzzət edirdi.  Onların toplaşdığı yerlərə bomba düşdü, dronla əsgərlərini uçurdurduq. İnanırsınız döyüş bitib, mən onun aclığını yaşayıram ki, indi biz erməninin uçmağını görməyəcəyik? Bir ömür ermənilərin uçmağını görmək istəyirəm.  Yaxşı da uçmaqları da var ha. Bomba düşən yerdən 30- 40 metr kənara uçurdular. Onlar niyə uçuş üzrə olimpiyadaya gedib yarışmırlar anlamıram. Çox şirin uçurdular,  xoşuma gəlirdi.

– Son nəticə olaraq Qarabağ bizə məxsusdur, ancaq müəyyən ərazilərdə ermənilərlə birlikdə yaşayacağıq. Sizin buna münasibətiniz necədir?

– Əvvəla onu deyim ki, hazırda İrəvanda mitinq başlayıb. Torpaqlarımızda yaşayan ermənilər qaçqın statusu alıblar. Yaşatdıqlarını yaşamasalar ölmək yoxdur. Bizə yaşatdıqlarını ilahi ədalət onlara yaşadacaq. Onlar zülmlə öləcək. Biz 27 il dözdük onlar qiyamətə kimi.

O ki, qaldı birlikdə yaşamağa ömür boyu, onları gözüm çıxdıya salacağıq.  Demirəm döyəcəyik, işgnəcə verəcəyik, güc tətbiq edəcəyik. Onlarla bərabər yaşayanda  hər gün bir dəfə Azərbaycan himnimizi, mahnılarımızı eşitdirəcəyik. Onların qapımızın  tulası olduğunu hiss etdirəcəyik. Başqa yolu yoxdur, psixoloji bədbəxt olmalıdırlar. Necə ki, indi bədbətdirlər. Ordumuz onları iti qovan kimi torpaqlarımızda qovdu.

– Hazırda ölkə olaraq iki düşmənlə -ermənilər və koronavirusla mübarizə aparırıq. Koronavirus hansı işlərinizə maneçilik törətdi?

– Bütün işlərimi yarımçıq qoydu. Şikayət kimi çıxmasın Martın 22-dən tam sakitləşib oturmuşam. Yeni mövsümdə  bir həftəlik serial çəkilişlərinə başladıq. Belə ki, sentyabrın 21-i başlayıb, 27-i dayandıq. Müharibəyə görə işləməməyə razıyam, amma pandemiya mənim 6 ayımı aldı. Elə yanıram, koronavirusu çıxardanı əlimə versələr didərəm. Zatən qırğın bir kariyeram yox idi, yerdə qalanı da o əlimdən aldı.

– Pandemiyadan sonra hansı işləri  görməyi planlaşdırırsınız?

– Pandemiyadan sonra ikinci bir pandemiya çıxmasa  beynimdə çox  layihələr var.  O gün xəbər oxuyuram ki, dünyada yeni bir virus  növü gözlənilir.  Dünya yeni bir şirinlik etməsə çox  layihələrimiz var.

– Koronavirusun mövcudluğuna inanırsınız?

– Bir həftə olar ki, qızdırmam vardı. Ancaq koronavirusun heç bir simptomu yox idi. Psxoloji olaraq otağıma heç kimi buraxmadım. Qızdırmam olanda gözüm  necə qorxmuşdusa eyvana belə çıxmırdım. Bütün ağrım, acım aldığım qələbə xəbər ilə  getdi.  Qələbə xəbəri 50 dərmandan yaxşı təsir göstərirmiş.

– İndi  həssas dönəmdir. Bəs siz bu müddətdə nə yaxşı həkimə müraciət etmədiniz?

– Özümdə koronavirusun simptomlarını hiss etmirdim. Qızdırmanı zoğal mürəbbəsi ilə yola verirdim. Xahiş edirəm çox üstümə  gəlməyin öskürüb eləmirəm, qızdırmam da yoxdur, çox yaxşıyam(gülürük). Vallah heç öskürən adama yaxın getmirəm. Yanımda öskürən tanışlarımla da əlaqəni kəsmişəm.Moderator.az