Göygöldə 84 yaşlı qadını itlər parçalayaraq öldürdübackend

Göygöl rayonunda yaşlı qadın itlərin hücumuna məruz qalıb.

Hadisə rayonun Xasabağı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1938-ci il təvəllüdlü Gülayə Allahverdiyeva qəbiristanlığa gedən zaman itlər onu parçalayıb.

Yaşlı qadın xəstəxanaya aparılıb, onun öldüyü məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

APA