Gözləmə zallarına giriş dayandırıldıbackend

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb.

Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumata görə, məqsəd xüsusi karantin rejimi davam etdiyi müddətdə sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almaqdır. Belə ki, qapalı məkanlarda xəstəliyə yoluxma riski daha yüksək olur.

Sərnişinlərdən bunu anlayışla qarşılamaları, avtobusu perronlarda gözləmələri xahiş olunur.