Gürcüstanın Bolnisi rayonu Kəpənəkçi kəndində möhtəşəm görüş: Majoritar namizəd Kaxa Okriaşvili xalqının yanındabackend

Gürcüstanın “Güc Birlikdədir – Birləşmiş Müaxlifət” Siyasi Blokuna daxil olan Tərəqqi və Azadlıq Partiyasının, azərbaycanlıların kompakt yaşadığı Bolnisi-Dmanisi-Tetriçakro-Çalka seçki dairəsindən majoritar namizədi Kaxa Okriaşvili 22 sentyabrda Bolnisi rayonunun Kəpənəkçi (Kvemo Bolnisi) kəndində azərbaycanlı seçicilərlə görüşüb. Görüşdə Kaxa Okriaşvilini, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan Nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev və Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) Sədri Elmar Həsənov müşayət ediblər. Bu barədə mətbuata Kaxa Okriaşvilinin seçki qərargahından məlumat veriblər.

Kəpənəkçi kəndinin 300 dən çox sakininin iştirak etdiyi izdihamlı görüşdə, son 10 ildə Borçalının azərbaycanlılar yaşayan ən böyük kəndlərindən birinin demək olar ki, bir problemlərinin həll edilməməsi, dövlət büdcəsindən kəndin infrasturuktur layihələri üçün ayrılan maliyyə vəsaitlərinin qeyri-qanuni mənimsənilməsi yerli əhai tərəfindən dilə gətirilib. Görüşdə çıxış edən bir çox Kəpənəkçi kəndi sakinləri bildiriblər ki, seçkiöncəsi fəaliyyət zamanı bir çox siyasi fəallara iqtidar “Kartuli Öcneba” Partiyasının və Bolnisi Meriyasının vəzifəli şəxsləri tərfindən təziqlər edilir, hətta bu günkü görüşə bir çox insanların qatılmaması üçün insanları az qala sözlə hədə gəliblər.

Kaxa Okriaşvili Kəpənikçi kəndində yaşayan azərbaycanlılara müraciət edərək, bildirib ki: “Hörmətli secicilər sizlər 31 oktyabrda seçki məntəqəsinə gəlib istıdiyiniz namizədə səs verməlisiniz bu sizing vətəndaş borcunuzdur, sizlər bunu qorxu altında yox, azad bir situasiyada etməlisiniz. Mən istəyirəm ki, Gürcüstanda insanları gürcüyə, azərbaycanlıya və ya digər millətə bölməsinlər. hər bir kəsə azad vətəndaş kimi yanaşılsın. Bura bizm dpövlətdir, bura bizim vətəndir, biz vətənimizin taleyinin 31 oktyabrda yaxşıya döğru dəyişdirməliyik.”