Gücləndirilmiş dezinfeksiya işləri aparılacaqbackend

Sabah səhər saatlarından etibarən Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə,  prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə “Yeni Gündəm”-ə paytaxtın kommunal strukturlarından məlumat verilib.

Qeyd olunub ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraqsakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.