Güclü külək fəsadlar törətdi – Bu ərazilər işıqsız qaldıbackend

Güclü külək ölkənin bir neçə bölgəsində bir sıra fəsadlar törədib. 

Bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O bildirib ki, külək bu regionda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.

T.Mustafayev qeyd edib ki, şimal bölgəsində də güclü külək müşahidə edilib və fəsadlar yaradıb:

“Belə ki, Xaçmaz, Yalama, Qobustan və Xırdalan, xüsusilə Qobu, Güzdək, Şankar ərazilərindəki güclü külək bu regionlardakı infrastruktura zərər vurub. Baş verə biləcək qəza hallarının qarşısını almaq üçün “Azərişıq” qabaqlayıcı tədbirlər görür.

Bu səbəbdən bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. Külək səngidikdən sonra tez bir zamanda elektrik enerjisinin verilişi bərpa ediləcək”.