Güclü qar Tehran aeroportunun işini iflic etdibackend

İranın Tehran şəhərində yerləşən “Mehrabad” aeroportundan həyata keçirilən bütün aviareyslər təxirə salınıb.

“Yeni Gündem”in məlumatına görə, bu barədə “TASS” hava limanının mətbuat xidmətinə istinadən xəbər verib.

Buna səbəb şəhərdə hökm sürən qarlı hava şəraiti olub.

Bundan əlavə, hava şəraiti avtomobil yollarında da situasiyanın pisləşməsinə gətirib çıxarıb. Paytaxt rəhbərliyi məktəblərdə dərsləri dayandırıb.