Yağan leysan Trabzonda həyata mənfi təsir edib.
“Yeni Gundem” xəbər verir ki, şəhərdə gecə saatlarından başlayan yağış səbəbindən bəzi küçələrdə gölməçələr əmələ gəlib.
Yağışdan sonra Qara dəniz Sahil yolunun müxtəlif nöqtələrində və Çömlekçi və Qanitə məntəqələrində su yığılması səbəbindən sürücülər çətin anlar yaşayıb.
Arızalı avtomobillərin bir qismi yolda qalarkən, bəzilərinin irəliləməkdə çətinlik çəkdiyi görülüb.
Digər tərəfdən, müvafiq qurumların qrupları su toplanan ərazilərdə işlərini davam etdirir.