Gücümüz cəmiyyətin və xalqın birliyindədir, bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdikbackend

İlham Əliyev “Bizim sözümüz də imzamız qədər keçəlidir” deməklə təkcə sözünün yox, şəxsiyyətinin böyüklüyünü, özünə hörmətin qüdrətini də ifadə etmişdi. Təəssüf ki, taleyimizə sözünə, imzasına hörmət qoymayan, sözdən yalnız hiylə, yalan üçün istifadə edən, bədnam ermənilərlə qonşuluq etmək düşüb.

44 günlük Vətən müharibəsi zamanı üzdə bir söz deyib, arxada başqa fikir söyləyən Ermənistanın baş naziri Nikol Paşinyanın döymədiyi qapı, yalvarmadığı dövlət rəhbəri qalmamışdı. Müharibənin ilk günləri elə zənn edirdi ki, böyük güclərin, havadarlarının vasitəsi ilə Azərbaycana təzyiqlər göstərib, işğal etdikləri ərazilərdə mövqelərini qoruyub saxlaya biləcəklər. Amma Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətini, ordumuzun qüdrətini görüb müharibəni dayandırmaq üçün üstümüzə minnətçi salmadığı dövlət başçısı qalmadı.

2020-ci ilin 27 sentyabrında başlanan əks hücum əməliyyatı işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə həyata keçirilmişdi. Məqsədimiz həddini aşmış Ermənistan ordusuna cavab vermək, işğal edilmiş torpaqlarımızın azad etmək, ermənilərin vəhşiliyinə son qoymaq idi. Məğlub olan Ermənistanın yalvarışlarını, onun kapitulyasiya aktını imzalamasın nəzərə alan, başlıcası isə, itkilərimizin az olması, daha çox ananın gözüyaşlı qalmaması üçün Azərbaycan Prezidenti müharibənin dayandırılmasına razılıq verdi. 10 noyabr Üçtərəfli Bəyanatı imzalayan Nikol Paşinyan dəfələrlə, müxtəlif zamanlarda, müxtəlif tədbirlərdə çıxış edərək “Əgər üçtərəfli bəyanatı imzalamazdımsa, müharibənin nəticələri

Ermənistan üçün daha acınacaqlı olardı”, “Faciələrimizin maştabı daha geniş olardı”, “Üçtərəfli Bəyanatı imzalamaqla Ermənistan ordusunu tamamilə məhv olmaqdan xilas etdim” kimi ifadələr işlətdi. Təslimçi sənədə imza atan Ermənistanın baş naziri Nikol Paşinyan o zaman təbii ki, bəyanatın şərtlərini də qəbul etdi… Amma erməni ağlı, erməni düşüncəsi ilə…

Sən demə, Nikol Paşinyan düşünürmüş ki, müxtəlif bəhanələrlə üçtərəfli Bəyanatın şərtlərini pozub, yubadacaq, vaxt qazanıb, yenidən revanş alıb, itirilmiş torpaqları geri qaytara biləcək. Bunun xəyalı ilə yaşayıb, elə bu məqsədlə də müxtəlif planlar qurub təxribatlara əl atmaqdan belə çəkinmir. Əsl erməni xisləti budur. Bu gün dediyini sabah danmaq, sözündən və imzaladığın sənəddən imtina etmək…

Diqqət yetirsək görərik ki, Azərbaycanın Müdafiə Nazirliyi son dövrdə hər gün Ermənistanla dövlət sərhədində atəşkəsin pozulması ilə bağlı məlumatlar yayırdı. Bir neçə halda Ermənistanın kəşfiyyat-diversiya qruplarının Azərbaycan ərazisinə sızma cəhdləri də müəyyən edilmişdi.

Amma Azərbaycan Ordusunun sayıqlığı nəticəsində qarşı tərəfin hərbi təxribatı baş tutmamışdı. Eyni zamanda Azərbaycan-

Ermənistan sərhədində səngiməyən gərginlik, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirdiyi yenidənqurma işlərinə mane olmaq cəhdləri rəsmi İrəvanın qeyri-səmimiliyinin, vaxt qazanmaq niyyətində olduğunun əyani sübutu idi. Görünən odur ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu kimi avantüralara əl atmaqda məqsədi regionda vəziyyəti gərginləşdirmək, sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmaq, 10 noyabr 2020-ci tarixli Üçtərəfli Bəyanat üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaqdı.

Bu gün Azərbaycan ərazilərinin minalarla çirklənməsinə görə dünyada üçüncü yerdədir. 30 ilə yaxın bir dövrdə ermənilər bütün dünyanın gözü qarşısında torpaqlarımızı, əkin yerlərimizi, işğal etdikləri yaşayış  məntəqələrimizi minalamaqla məşqul olublar. Müharibənin bitməsindən, torpaqların işğaldan azad olunmasından iki il ötsə də, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə görə heç bir dövlət Ermənistanın qarşısında ciddi tələb qoymayıb. Heç bir beynəlxalq təşkilat Ermənistandan hesab sormayıb. Bu azmış kimi ərazilərimizin minalardan təmizlənməsində bizə ciddi dəstək də verilməyib. Bu münasibəti görən, cəzasız qalan Ermənistan rəhbərliyi avantüralarından əl çəkmir, yeni planlar qurur. Sentyabrın ikinci ongünlüyündə BMT-nin Mina Fəaliyyəti Xidmətinin direktoru ilə görüş keçirən Azərbaycan Respublikası minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov bu məsələyə toxunaraq qeyd edib ki, “Minalar, sadəcə, insanların sağlamlığına deyil, eyni zamanda regionda sabitlik, sülh və əmin-amanlığa ciddi təhlükə yaradır”. Belə hesab edirik ki, nə qədər Azərbaycan ərazisində minalanmış ərazi qalmaqdadır və ermənilər müxtəlif bəhanələrlə minalanmış ərazilərin real xəritəsini  verməkdən imtina edirlər, deməli, Ermənistanda revanşist qüvvələrin müharibə niyyətləri də o qədər realdır

Baş nazir Nikol Paşinyan Rusiyanın Vladivostok vilayətində keçirilən Şərq İqtisadi Forumunda çıxışı zamanı 44 günlük Vətən müharibəsini xatırladıb və misallar çəkərək bölgədə yeni hərbi toqquşma riskinin ola biləcəyinə işarə edib. Əslində Paşinyan elə bu çıxışı ilə yeni təxribatların ola biləcəyi anonsunu vermişdir. Bu, ən çox istifadə olunmuş erməni metodudur. Ermənilər bir hadisə törətməmişdən öncə yalandan hay salır, “hüquqlarının” pozulmaları, “əzilib məhv olmaları” haqqında haray-həşir qoparıb dünyanın diqqətini özlərinə cəlb etməyə çalışırlar.

Xatırladaq ki, Paşinyan Vladivostok forumunda iştirak etdiyi günlərdə də

Azərbaycan-Ermənistan sərhədində silahlar susmamışdı. Ermənistan tərəfinin Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahlar, ağır artilleriya vasitələri və şəxsi heyət cəmləşdirdiyi məlum idi. Avqustun əvvəlində Ermənistan ordusunun törətdiyi təxribat bir əsgərimizin şəhid olması ilə nəticələnmişdi. O zaman ordumuz “Qisas”əməliyyatı keçirərək düşmən təxribatına layiqli cavab vermişdi. Görünür, bu əməliyyatdan Ermənistan layiqli dərs almamışdı.

Avqustun əvvəlində yaşanan hərbi gərginliklə bağlı diqqətçəkən əsas məqam əməliyyatların Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgədə keçirilməsi idi. Bu o deməkdir ki, Azərbaycan istənilən an öz ərazisində baş verən təxribata cavab verməyə hazırdır. Ermənistan rəhbərliyi dərk etməlidir ki, düşdüyü ağır burulğandan çıxmaq üçün özünə xaricdə havadar axtarmaqdansa, Azərbaycanın təklif etdiyi 5 bənddən ibarət sülh sazişinə imza atmalıdır. Amma Ermənistanın siyasi və hərbi rəhbərliyi bunu etməkdənsə, daha böyük səhvləri təkrarlayır. Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan ordusunun Şərqi Zəngəzurda, Laçın, Kəlbəcər, Daşkəsən rayonlarının sərhəd ərazilərində törətdikləri təxribat da bunu təsdiqləyir. Onların bu təxribatı da ordumuz tərəfindən cavabsız qalmadı. Müzəffər Azərbaycan Ordusu düşməni sərhəd boyu yerləşdirdiyi ağır döyüş texnikalarını, qurduğu istehkamları, 40-dan artıq postunu, xeyli canlı qüvvəsini və iki ədəd S300 raket kompleksini məhv edərək düşmənə sarsıdıcı zərbə vurdu. Əgər verilən bu cavabdan da düşmən nəticə çıxarmasa, daha sərt tədbirlər görüləcəyi, daha amansız addımlar atılacağı heç kimdə şübhə doğurmur. Bunu Ermənistanın hərbi-siyasi rəhbərliyi də, oğullarını Ermənistan rəhbərliyinin məkrli hisslərinə qurban verən erməni anaları, erməni xalqı da dərk etməlidir.

Torpaq uğrunda can veriləndə, qanla yuyulanda vətən olur. Erməni təxribatının qarşısını alarkən 50 igid gəncimiz canlarını vətən uğrunda qurban verdilər. 50 igidimiz “ana” deyərək son anda ana torpağı qucaqlayıb, “canımızı verərik, torpağımızı vermərik” deyib şəhidlik zirvəsinə yüksəldilər.

Düşmən anlamalıdır ki, canımızdan keçərik, vətənimizin bir qarış torpağından keçmərik. Bir oğlumuza qıyanın qısasını da köynəyinin qanı qurumamış alırıq. Düşmən qarşısındakının dünyanın ən möhtəşəm ordusunun əsgəri olduğunu hələ dərk etmirsə, vay onda halına. Səhvini anlayıb olanlardan dərs götürməyib, bir də səhv etmək niyyətinə düşərsə, qisas daha ağır olacaq.

Nəsimi rayon sakini

Rəhimli Lamiyə