Gülayın gizli biznesi bu imiş – Aparıcı canlı yayımda AÇIQLADIbackend

Aparıcı Vüsalə Əlizadə müğənni Gülay Zeynallının gizli biznesinin olduğunu bildirib.

“Yeni Gundem” xəbər verir ki, Vüsalənin verilişində sənətçiyə “mal-qara biznesin var idi, ondan danış” sualından müğənni əvvəlcə çaşğınlıq keçirib.

Daha sonra isə sualı belə cavablandırıb:

“Ailə arasında olan söhbət sizə necə çatıb? Neçə il öncə bacıma dedim ki, gəl mal-qara alım verim, saxla həyətində, uşaqlar baxar. Fikirləşdim ki, mal-heyvan tez artır. O da razılaşdı. Bir neçə baş qoyun-quzu alıb verdim. Amma ikigündənbir soruşurdum ki, nə oldu, artmadı qoyunların sayı? Onlar da axırda bezib dedilər, gəl apar bu qoyunlarını, bezdik. İki günə qoyun sayı artar?”.