Güllələnən sərhədçinin ailəsi danışdı — VİDEObackend

Xəbər verdiyimiz kimi, yanvarın 2-si Dövlət Sərhəd Xidmətinin “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində üç nəfər hərbi qulluqçu naməlum səbəbdən hərbçi yoldaşları tərəfindən qətlə yetirilib.

Baku TV əməkdaşları həmin üç sərhədçidən biri, Yusif İsmayılovun yaşadığı evə üz tutub.

Mərhum baş leytenantın ailəsi tezliklə oğullarının qatilinin cəzalandırılmasını istəyirlər.

Baş leytenant Yusif İsmayılovun anası Ruqiyyə İsmayılova bildirib ki, hadisə baş verməzdən 10-15 dəqiqə əvvəl övladı ilə telefonla danışıb.

Valideynlər hadisəni televiziya vasitəsi ilə öyrəndiklərini deyiblər.

Daha ətraflı Baku TV-nin süjetində: