Gültəkin Hacıbəyli saxlanıldı, məhkəməyə aparıldı və… – YENİLƏNDİbackend

Gültəkin Hacıbəylinin saxlanılmağı ilə bağlı məlumat vermişdik. Hadisə ilə bağlı yeni detallar əldə etmişik.

”Yeni Gundem” xəbər verir ki, sabiq deputat Nəsimi Rayon Polis idarəsinin əməkdaşları tərəfindən məhkəməyə aparılıb.

İfadəsi alındıqdan sonra sərbəst buraxılıb.

***09:02

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.

”Yeni Gundem” xəbər verir ki, o, xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında tutulub.

İlkin məlumata görə, ona bildirilib ki, barəsində cinayət işi başlanıb. Belə ki, ötən ay G.Hacıbəylidən Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə şikayət olunub. Onun barəsində xüsusi ittiham qaydasında cinayət işi açılıb.

Məlum olub ki, G.Hacıbəyli Nəsimi Rayon Məhkəməsi tərəfindən axtarışa verilibmiş. Hazırda G.Hacıbəylinin Nəsimi Rayon Polis idarəsində olduğu, məhkəməyə təqdim olunacağı bildirilir.