Günay Ağamalı autizm sindromundan əziyyət çəkən uşaqlara inkişafetdirici vəsaitlər təqdim etdi – FOTOLARbackend

Autizm bütün dünyada olduğu kimi ölkəmizdə də XXI əsrin ən qlobal problemlərindən hesab edilir.

Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxmini 1 faizi yəni 70 milyon əhali autizmdən əziyyət çəkir. Son dövrlərdə uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən biri də autizmdir. Məlum olduğu kimi, bu xəstəliyin müalicəsi yoxdur. Autizmdən əziyyət çəkən uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin simptomları özünü büruzə verir. Ən dəqiq diaqnoz 3 yaşında qoyulur. Lakin valideyn uşaqda olan dəyişikliyi daha tez hiss etməlidir.

2007-ci ildən etibarən BMT-nin qərarı ilə 2 Aprel Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd olunur. Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də geniş miqyasda qeyd edilir.

Ana Vətən partiyasının sədri, BUTA” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri Günay Ağamalı tərəfindən 2 Aprel – Dünya Autizm Məlumatlandırma Günü münasibətilə Salyan – Neftçala rayonlarında yaşayan autizm sindromundan əziyyət çəkən 16 uşaq üçün inkişafetdirici vəsaitlər təqdim olunmuşdu.