Güney Azərbaycanda vəziyyət nə yerdədir? – “İran xalqının 84 faizi etirazlara qoşulub”backend

80 gündür ki,İranda etirazlar davam edir. Bəlkə inqilab şəraiti olduğunu deməyimiz mümkündür.İran çox millətli olduğuna görə bütün bölgələrdə etirazlar davam edir .Ən çox saxlanılanlar Cənubi Azərbaycandandır .Təssüflər olsun ki,şəhid və tutulanların sayı haqqında heç bir konkret məlumat yoxdur .Son zamanlarda SEPAH ölənlərin sayını təximini qat-qat çox olduğunu qeyd edib .

Bu sözləri Yeni Gundem”-ə açıqlamasında Güney Azərbaycandan olan, siyasi ekspert Kərim Əsğəri deyib.

Onun sözlərinə görə İran xalqının 84%-i etirazlara qoşulub.

“İranda etirazlar var, bunlar hansısa səbəbə görə deyil .Burda konkret hədəf Xomeyni və hazırkı rejimdir .İranda inqilab başlayıb.Fəqət bunun uğurlu olub-olmaması başqa məsələ .İran artıq əvvəlki ölkə olmayacaq.İran xalqının 84 faizi etirazçıları dəstəkləyir .Əsas məsələ dövlət öz məşruiyyətini xalq tərəfindən itirib .1991 ci ildən sonra Cənubi Azərbaycan ciddi hərəkətlərə başladı .Cənubi Azərbaycandaki,siyasi partiyalar və təşkilatlar istiqlal və müstəqillik üzərindən gedir. Xalq nə qədər mübarizə aparsa da bölgə və dünyanın şərtləri önəmlidir .Son 100 ildə Yaxın Şərq və İranda məğlub olan Azərbaycan türkləri olub .Bu dəfə Azərbaycan türkləri mərkəzi Tehran yox Təbriz düşünəcəklər .Hətta bir çoxları hazırkı ,Güney Azərbaycan Milli Azərbaycan Hərəkatını ,1945-ci ildə qurulan Azərbaycan Milli Hərəkatının davamı olaraq görməkdədir.”

Fərahim RƏHİMOV