Güney Azərbaycanda vəziyyət nə yerdədir ? –  Təbrizdən Azərbaycanın səsi gəlirbackend

Güney Azərbaycanda etiraz aksiyaları davam edir .

Güney Azərbaycandaki son durumu “Yeni Gundem”-ə Güney Azərbaycan televiziyasının rəhbəri Əhməd Obalı açıqlayıb.

“Bugünkü son durum belədir ki, dünən gecə Təbrizdəki etirazlar davam edib, bu gün də etiraz davam etdi. Təbrizdə əsas şüarlar azadlıq, ədalət, milli hökumət, yəni Azərbaycanın özünün dövləti və hökuməti olmalıdır. Millətlərə istiqlal, qadınlara azadlıq yəni İranda yaşayan qeyri fars millətlərin hamısına istiqlal qadınlara da azadlıq şüarlardan biri idi. Bu gün Təbrizdə yenə də etiraz oldu və kərəcdə qəzvində bir çox şəhərlərdə etirazlar, hədis nəcəfinin qırxına oldu və demək olar ki, yazılar milli fəallarımızın çağırışı ilə oldu. Bir çox milli fəallarımız tutulubdu yaxalanıb, evlərindən oğurlanıblar tutulublar. Və nəhayət budur ki, vəziyyət getdikcə gərginləşir. Kərəcdəki polislərin döyülməsi, polisin öldürülməsi, bir neçə polisin kritik vəziyyətdə yaralı qanlarını yəqin gördüz maşının içində silahlarını millət alıb özlərini vurublar.

Helikopterlə kərəcdə millətə yuxarıdan güllələyiblər. Vəziyyət çox çox gərgin İsfahanda doludu. Kürd şəhərlərində, Azərbaycan şəhərlərində və belə ki, görünür bu hələ hələ duran deyil. Bu gərginlik davam edir. İran dövləti geri oturmayınca, bu davam edəcək. İran dövlətinin də geri oturmağa yeri yoxdur. Yəni onlar bilirlər ki, geri otururlarsa özlərinin qırm. Bu baxımdan hər iki tərəf davam edir və İran dövlətinin zəifləşməsi deməkdir. Bunun üçün də İran dövləti daxildəki bu krizi üç dörd üst basdır etmək üçün ola bilsin ki, məntəqədə regionda ya Ərəbistana, ya bir yerə bir güllə atsın, bir top atsın, bir raket və ya dron göndərsin. Bununla da guya xaricdən savaş var kimi cavab alandan sonra milləti susdursun ki, xarici dövlət hücum edibdi. Ona da inşallah ki, qonşu ölkələrin heç birisi getməz. Amma eyni zamanda bu rejimin çürüməsi deməkdir. Nəhayət, bütün bunların hamısını nəzərə alaraq biz gəlməliyik. Biz nə etməliyik? Bu suala cavab:  Biz Güney azərbaycanlılar hər fürsətdən istifadə edib, milli dövlətçilik ideyasını, xalqın içində gücləndirib və qurmaqla fürsətdən istifadə edib Güney Azərbaycan Cümhuriyyətini yaratmaqla bu regionda əsas xətti öz əlimizə alıb və güneyli quzeyli.

Türkiyə ilə birlikdə bu regionda söz sahibi biz Azərbaycan və türk toplumu olmalıdır. Bu baxımdan şimallı cənublu əl ələ verib strateji hədəfimiz üçün və cənab Prezidentin dediyi kimi, Azərbaycançılıq üçün əlimizdən gələni etməliyik. “

Fərahim RƏHİMOV

Yenigundem.az