“Güney Azərbaycanın gələcəyini İslam Respublikasının məhvi müəyyən edəcək”backend

Güney Azərbaycanda İslam Respublikasına qarşı hərtərəfli mübarizə və müxalifət var. Biz azərbaycanlılarının da mülki, hüquqi və siyasi hüquqları mövcuddur. İslam hakimiyyəti dövründə Azərbaycan torpağı talan edildi. Milli və vətəndaş fəalları həbs olunub, işgəncələrə məruz qalıb.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan əslən Təbrizdən olan yazar Əliəsgər Heydəri deyib.

O bildirib ki G,Azərbaycanın bölgələrində yoxsulluq və işsizlik geniş vüsət alıb.

“Bir neçə azərbaycanlı fəal hələ də həbsdədir. Güney Azərbaycanda türklər öz ana dilində təhsil və dərs demək hüququndan məhrum edilib. Azərbaycanın bölgələrində yoxsulluq və işsizlik geniş vüsət alıb. Urmiya gölü rejimin etinasızlığı ucbatından qəsdən qurudulub. Təbriz və Urmiya kimi böyük şəhərlərdə havanın çirklənməsi minlərlə insanın həyatını təhdid edir. Güney Azərbaycan xalqı rifahdan, səhiyyə obyektlərindən məhrumdur.İslam Respublikası rejiminin Güney Azərbaycana qarşı rəftarı əksər bölgələr kimi istismarçı və müstəmləkəçidir. Nəhayət, azərbaycanlıların insan və vətəndaş hüquqlarından məhrum edilməsinə görə Güney Azərbaycan İslam Respublikasına qarşı əsas müxalifət coğrafiyasından biridir. İranda Güney Azərbaycanın gələcəyini İslam Respublikasının məhvi müəyyən edəcək. Bu gün diqqət mərkəzində olan məhz rejimin getməsidir. Bundan sonra Güney Azərbaycanın gələcəyini müəyyən etmək mümkün olacaq.”

Fərahim RƏHİMOV