Günü-gündən gərginləşən Azərbaycan-Fransa münasibətləribackend

Fransa -Azərbaycan əlaqələri bir tərəfdən Avropa Şurası çərçivəsində hardasa inkişaf edirsə, ümumilikdə erməni lobbisinin təsiri altında olan Fransanın Azərbaycanla tam dərin əməkdaşlıq etməsi mümkün olmayıbdır.Baxmayaraq ki, Fransa 30 ilə yaxın müddət ərzində,1997 -ci ildən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Həmsədr kimi fəaliyyətsiz də olsa fəaliyyət göstərmişdi.Elə bu illərdədə Azərbaycanla münasibətlərin güclü inkişaf etmədi. Bununda səbəbi erməni lobbisinin Fransada güclü dəstəyə malik olması idi.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Politoloq Samir Hümbətov deyib.

Azərbaycan və Fransa münasibətlərinin mənfi inkişafı haqqında danışan Politoloq Fransanın ölkəmizə qarşı sanksiyalar tətbiq etməyə çalışdığınıda bildirdi.

“İkinci Qarabağ savaşı və ondan sonraki müddətdə Fransa parlamentində az qala Azərbaycanın Qarabağ bölgəsini “müstəqil “dövlət kimi tanımağa çalışdı.Bu cür desturktiv addımlar atırdı.Ondan sonrada Azərbaycanla münasibətləri gərgin olaraq davam edib .Hətta səfirlərin Şuşaya səfərindədə Fransa səfiri getməmişdi.Hələdə getməyib.Buda Azərbaycanın diqqətindən qırağda qalmır.Praqa danışıqlarından sonrada Fransa məsələyə ikili standartlarla yanaşdı .Son dövrlərdə Azərbaycana qarşı sanksiya tətbiq etməyə çalışır.Guya ölkəmizi müharibə cinayətkarı kimi qiymətləndirməyə çalışır.Fransa öz tarixinə baxsa,törətdiyi qətliamların sayı-hesabının olmadığını görəcək .”

Fərahim RƏHİMOV

Yenigundem.az