“Gürcüstan Abxaziyanın suverenliyini tanımalıdır”backend

 

Gürcüstan Abxaziyanın dövlət suverenliyini tanımalıdır.

“Yeni Gundem” xarici mətbuata istinadən xəbər verir ki,bu sözləri tanınmamış Abxaziyanın  “ Xarici işlər naziri” İnal Ardzinba deyib.

“Biz Cenevrədə beynəlxalq müzakirələrdə iştirak edirik, bu, Abxaziyanın indiyədək təmsil olunduğu yeganə beynəlxalq formatdır. Biz Rusiya və Cənubi Osetiya ilə vahid komanda kimi bir araya gəlirik. Təəssüf ki, beynəlxalq geosiyasi vəziyyətə görə hazırda Cenevrə müzakirələri platformasında durğunluq var, lakin ümid edirik ki, biz bu platformada əsas nəticəyə nail olacağıq – bu, qüvvədən istifadə etməmək barədə məcburi sazişin imzalanmasıdır. Gürcüstan, bu, Abxaziya Respublikasının dövlət suverenliyinin Gürcüstan tərəfindən tanınması istiqamətində bir addımdır. Çünki bu günə qədər qərblilər bizi separatçı hesab edirlər”, – deyə Ardzinba bildirib.

Fərahim Rəhimov