Gürcüstan prezidenti Azərbaycan icmasını təbrik edibbackend

Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstandakı Azərbaycan icmasının nümayəndələrini Novruz bayramı münasibətilə təbrik edib.

“Yeni Gundem” xəbər verir ki, Salome Zurabişvilinin sözlərinə görə , o, bu günün yeni enerji və rahat münasibətlər gətirməsini istəyir.

“Bu günü qeyd edən bütün Gürcüstan vətəndaşlarını Novruz Bayramı münasibətilə təbrik edirəm. Bu gün yazın gəlişini qeyd edən Azərbaycan icmasından soydaşlarımızı və bütün qonaqlarımızı təbrik edirəm.

Mən də qonşu ölkələrin, Türkiyədə və ya İranda, Qazaxıstanda və ya Türkmənistanda və bütün dünyada yaşayan vətəndaşları yeni il bayramı və yeni məhsul münasibətilə təbrik edirəm.

İstərdim ki, bu gün yeni başlanğıc, yeni həyat mənbəyi, yenilənmiş enerji və rahat münasibətlər gətirən olsun”, -deyə Salome Zurabişvili sosial şəbəkə hesabında yazıb.

Fərahim Rəhimov