Gürcüstan XİN rəhbəri Azərbaycana səfər edəcəkbackend

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

“Yeni Gündəm” xəbər verir ki, o, bu barədə bu gün keçirilən brifinqdə açıqlama verib.

Onun sözlərinə görə, səfər zamanı əsas müzakirə mövzularından biri iqtisadi diplomatiya olacaq: “Səfər zamanı Gürcüstan üçün vacib geosiyasi layihələr, eləcə də ölkəyə əlavə yüklərin cəlb olunması məsələləri nəzərdən keçiriləcək”.

D.Zalkaliani qeyd edib ki, Gürcüstan üçün geosiyasi layihələri stimullaşdırmaq çox vacibdir.