Gürcüstanda daha 1 nəfər koronavirusdan öldübackend

Gürcüstanda daha bir nəfər koronavirusun qurbanı olub. Bununla da, koronavirusdan ölənlərin sayı 4-ə yüksəlib.

“Yeni Gündəm” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə xəstəliyinin monitorinqi üzrə xüsusi saytda məlumat verilib.

Vəfat edən şəxs Batumidə klinikada müalicə olunan 70 yaşlı kişidir.

Gürcüstanda virusa yoluxanların sayı 388 nəfər təşkil edir.