Gürcüstanda koronavirusa 148 yeni yoluxma qeydə alınıbbackend
Gürcüstanda ötən sutkada koronavirusa 148 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Son bir gündə daha 280 nəfər müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 654 945 nəfərdə aşkarlanıb. Onların 1 636 800-ü sağalıb, 16 807-si isə ölüb.