Gürcüstanda koronavirusa yoluxanların sayı 939-a çatdıbackend
Gürcüstanda son sutka ərzində koronavirusa 8 yeni yoluxma halı qeydə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da, indiyədək qonşu ölkədə COVID-19 virus infeksiyası aşkarlanan şəxslərin sayı 939-a çatıb. Onların 817-si müalicə olunaraq sağalıb, 15-i isə vəfat edib.
Hazırda ölkə üzrə karantin zonalarında 3 080, tibbi nəzarətdə isə 242 nəfər saxlanılır.