Gürcüstanda koronavirusa yoluxanların sayı artırbackend

Gürcüstanda daha 3 nəfər COVİD-19-a yoluxub. Bununla da koronavirusa yoluxanların sayı 134-ə çatıb.

“Yeni Gündəm”in “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, ölkədə hazırda 5,550 nəfər karantində saxlanılır, 281 nəfər isə həkim nəzarəti altındadır. 26 nəfər xəstəlikdən sağalıb.

Epidemioloqların proqnozuna görə, ölkədə yoluxma halları artacaq.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, Gürcüstanda martın 31-dən etibarən ölkə daxilində ümumi karantin rejimi elan edilib.