Gürcüstanda koronavirusdan ilk ölüm qeydə alındıbackend

Gürcüstanın Marneuli bölgəsindən olan 79 yaşlı qadın koronavirusdan dünyasını dəyişib.

“Yeni Gündəm” “Ria Novosti”yə istinadən xəbər verir ki, həkimlərin verdiyi məlumata görə xəstə “Covid-19″la yanaşı bir sıra digər xəstəliklərdən də əziyyət çəkdiyi məlum olub.

Hazırda ölkə üzrə koronavirusa yoluxanların sayı 156 nəfər təşkil edir.