Gürcüstanda koronavirusla bağlı qəbul edilmiş məhdudiyyət aradan qaldırıldıbackend

Gürcüstanda bu gündən etibarən bütün şəhərlərdə ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur.

Bu barədə TASS məlumat yayıb.

Müvafiq qərar Gürcüstan baş naziri yanında koronavirusla mübarizə üzrə qurumlar arası koordinasiya şurası tərəfindən verilib.

Xatırladaq ki, qonşu ölkədə mayın 3-dən etibarən ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.