Gürcüstanda rusiyalı turist öldübackend

Rusiya vətəndaşı Gürcüstanın Qudauri dağ-xizək kurortunda uçqul altında qalaraq həyatını itirib.

“Yeni Gündem”in məlumatına görə, bu barədə “TASS” agentliyi Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.

“Bu gün xilasetmə xidmətinin əməkdaşları Rusiya Federasiyasından olan turisti ölü tapıblar”, – DİN-in Mətbuat Xidmətinin əməkdaşı deyib.