Gürcüstanda zəlzələ oldubackend

Gürcüstanın qərbində 3,0 bal gücündə zəlzələ olub.

“Yeni Gundem” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Milli Seysmoloji Monitorinq Mərkəzinin saytında yazılıb. Yeraltı təkanlar Suxumi şəhərindən 38 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntı haqda məlumat yoxdur.