Gürcüstanın Baş naziri: “Azərbaycanlıların müdrik lideri var”backend

“Azərbaycan Prezidenti İlham Əliyevə dərin hörmətimi bildirirəm. Azərbaycanlıların müdrik lideri var. O, ölkəsinin inkişafı və xalqının firavanlığının qayğısına qalır”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Rustavi 2” telekanalının efirində deyib.

O, Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmadan məmnunluğunu bildirib: “Bu təşəbbüs mənə məxsus olub. Şadam ki, son 30 ildə Gürcüstan iki ölkə arasında uğurlu vasitəçilik etdi və ilk presedent yaradıldı. Prosesə cəlb olunan amerikalı dostlarımıza minnətdaram, biz bunu bir yerdə həyata keçirdik”.