Gürcüstanın dövlət nazirinə azərbaycanlı müşavir təyin olundubackend

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsi üzrə yeni müşaviri təyin olunub.

“Yeni Gündəm” xəbər verir ki, bu vəzifəyə Anar Süleymanov təyinat alıb.

O, bu vaxtadək Kvemo Kartli bölgəsi qubernatorunun Administrasiyasında baş mütəxəssis işləyib.

Qeyd edək ki, bu vəzifəni 2017-ci ildən Ayaz Məmmədov tutub. O, bu ilin iyulunda istefa verib.

Report