Gürcüstanın yeni nazirlərinin adı açıqlanıbbackend

Gürcüstanda Baş nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə qurulan yeni hökumətin üzvləri açıqlanıb.

“Yeni Gündəm” xəbər verir ki, dövlət strukturunun təsdiqlənməsi prosesində yalnız iqtidarda olan “Gürcü arzusu” partiyasından 85 deputat iştirak edib. Müxalif 65 millət vəkili isə seçkilərə etiraz olaraq Parlamentə qatılmayıb, yeni hökuməti tanımaqdan imtina edib.

Yeni hökumət Parlament tərəfindən etimad səsi alıb və ictimaiyyətə təqdim olunub.

Təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çkenkeli, ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri Levan Davitaşvili, iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, müdafiə naziri İrakli Qaribaşvili, səhiyyə və sosial işlər naziri Yekaterina Tikaradze, ədliyyə naziri Qoça Lortkipanidze, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili, xarici işlər naziri David Zalkaliani, maliyyə naziri İvane Maçavariani, daxili işlər naziri Vaxtanq Qomelauri, sülh və vətəndaş bərabərliyi üzrə dövlət naziri Teya Axvlediani seçilib.