“Guya Azərbaycan-Ermənistan dövlət sərhədində də əməliyyatlar aparılır” – Prezidentin köməkçisibackend

“Sosial şəbəkələrdə yayılıb ki, guya Azərbaycan-Ermənistan dövlət sərhədində də əməliyyatlar aparılır. Bu kimi informasiyalar yalandır”

“Report”un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O xatırladıb ki, beynəxalq ictimaiyyət tərəfdindən də narahatlıqlar ifadə olunub:

“Azərbaycan tərəfindən verilən açıqlamalardan da bəlli olur ki, bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”