Guya uduş var, Amma heç nə yoxdur”-Deputat lotereyalardan danışdıbackend

“Bunların hamısı qumarın növləridir.Mən hələ eşitməmişəm ki, hansısa cəmiyyətdə qumara müsbət baxsınlar.”

Bu sözləri Lotereya oyunları ilə bağlı “Yeni Gundem”-ə açıqlama verən Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, bütün demokratik ölkələrdə, o cümlədən inkişaf etmiş aparıcı ölkələrdə bu və digər formada belə oyunlar var.

“Sadəcə heç kim kimsəni məcbur etmir ki,getsin lotereyanı alsın.Yetər ki, bunların təbliğat, təşviqatı getməsin.İnsanlara buna çağırış olmasın.Amma rəsmi şəkildə bunun qarşısını almaq nə qədər düzgün olacaq? İnsan var ürəyi istəyir gedir alır, oyunur.Mən onun tərəfdarıyam ki, xaricdən bu oyunların təbliğatının qarşısı alınsın.Loterya cəmiyyətimizə kifayət qədər ziyan vurur.Xaricdə istəlinən filmin başlanğıcında reklamlar olur.Guya uduş var.Amma heç nə yoxdur.Yalan, yalan məlumatlar.

Bunların qarşısı alınmalıdır.Xaricdəki, lotereyalar iqtisadiyyatımıza ziyan vurur.”

Qeyd edək ki, bir qədər öncə Millət vəkili Rüfət Quliyevin fikirləri təhrif edilmiş şəkildə dərc edilib.

Buna görə, saytın əməkdaşı Fərahim Rəhimov Milli Məclisin deputatı Rüfət Quliyevdən üzr istəyir, yayılan məlumatları təkzib edirik.