Bəli. Biz belə bir millətik. İnsanı itirdikdən sonra, onun qədrini, dəyərini, nə böyüklüyündə bir dəyərin, nemətin əldən verdiyimizi anlayırıq. Zatən Hacı cismani olaraq aramızdan gedib. Ama ümüd edirəm bundan sonra ruhaniyyət bir-birlərinin qədrini və xalq da ruhanilərin qədrini bundan sonra daha yaxşı biləcək. Biz ruhanilər, hamımız, elmi baxımdan ən alim ruhanilərimiz belə, Hacı Şahinə borcluyuq. Bunu hacının yas mərasimində də hər bir ruhani etiraf edirdi zatən. Etiraf etmək lazımdır ki, biz ruhanilər Hacıdan çox şey öyrəndik. Hacı Şahih böyük bir islam məktəbi idi. İlk dəfə Hacı Şahin islam təbliğatını Məsçid və Yas mərasimlərindən də kənara çıxaran şəxsiyyət oldu. Bir neçə il bundan əvvəl. Təqribən 2000-ci illər idi, Televiziyalarda, Radiolarda, Telefonlarda, Maşınlarda, Yolda, hər yerdə Hacının moizələri, Hacının səsi eşidilirdi. Azərbaycana modern İslam təbliğini, Din-Dövlət münasibətlərində necə körpü olmağı, hamısını ilk edən Hacı Şahin oldu. Şiyyəliyin baş kəsən, baş yaran, terrorçu bir məzhəb olmadığını, humanist, tolerant və ən gözəl və ən düzgün bir məzhəb olduğunu da dünyaya tanıtdıran və ən gözəl şəkildə təqdim edən şəxs də məhs Hacı Şahin oldu.! Biz ruhanilər bütün bunları Hacı Şahindən öyrəndik və buna görə də biz ruhanilər bu gördüyü böyük işlərə görə Hacı Şahinə borcluyuq. Bunu heç kəs dana bilməz! Bir o zamanlar Həzrəti Əli (ə.s) dünyasını dəyişəndə, şəhid olanda hamı dedi ki, bununla da şiyyələr yetim qaldı, bir də Hacı Şahin dünyasını dəyişəndə hamı dedi ki, Azərbaycanda şiyyələr və şiyyəlik məktəbi yetim qaldı. Başımız sağ olsun. Ağa imame Zaman (ə.f) başın sağ olsun. Bu həqiqətən də belədir. Biz Hacı ilə ilk dəfə Darul Hikmət Elm və Tədris Mərkəzində daha da yaxından tanış olduq. O vaxtlar Hacı o Elm mərkəzində İslam Tarixinin Fəlsəfəsindən dərs tədris edirdi. Onunla yaxından tanış olduqda, söhbət əsnasında Hacı biləndə ki, mən hər iki valideynlərimi itirmişəm, göz yaşlarını saxlaya bilməyib, ağlamağa başladı. Bilirsiz bunu niyə qeyd etdim? Hacı ilk dəfə idi məni yaxından tanıyırdı. Və dərindən tanımadığı insanın halına buqədər yanmaq, başqalarının dərdini öz dərdi bilmək idi. Elə 2020-ci il Qarabağ Şəhidlərinin (Allah ruhların şad eləsin) dərdi Hacının saç-saqqalını tez bir müddətdə ağartdı. O, hamının dərdini öz dərdi bilirdi. O, xalqınına, vətəninə çox bağlı bir insan idi. And ola Allaha ki, o insan öz doğma ailəsinə necə yanaşırdısa, xalqa da ocür yanaşırdı. Və bu gün də bu sevginin təzahürüdür ki, ilk dəfə idi Azərbaycanda kimsə dünyasını dəyişəndə buqədər izdiham yaşandı və hamı könüllü olaraq öz sevgilərin götürüb Hacının yanına gəlmişdilər. Və hələ də Hacının məzarı üstdə davamlı olaraq insan axını var. Deyərdim ki, Hacının məzarı artıq bir ziyarətgaha çevrilib. Bütün bu sevgini Hacı sağlığında öz ixlaslı əməllərilə qazandı. Bunu nə pul ilə, nə bir şey ilə qazanmaq qeyri mümkündür.! Demək ki, ixlaslı olmaq və yaxşı insan olmaq yetərli imiş..! Çox təəsüf bu xalq sağlığında bu kişinin dəyərini laiqincə bilmədi. Çox təəssüf, biz Hacını 60-70 yaşlarında qocaman bir şəkildə moizə etdiyini görmədik. Ama mən bunu çox təsəffür edirdim və çox gözləyirdim. Çox təəssüf. O hələ bu xalqa çox lazım idi, çox lazımlı işlər görülməli idi yarımçıq qaldı. Mən ilk dəfə İmam Hüseyn (ə.s) ziyarətinə də Hacı ilə yola düşmüşəm. Və buna çox sevinirəm. Ama üzülürəm ki, bir daha bu ziyarətlər cismani olaraq Hacı ilə olmayacaq. Çox gözəl yol yoldaşı idi, çox gözəl qardaş idi, çox gözəl dost idi, çox gözəl şəxsiyyət idi və ən əsası çox gözəl alim idi. Hacı da ən çox sevdiyim xüsusiyyətlərdən biri də bu idi ki, Hacı heç vaxt kiminsə qeybətini etməzdi. Heç vaxt. Bir insan belə barmağını qatlayıb deyə bilməz ki, Hacı kiminsə haqqında pis nəsə danışıb. Zatən Hacı haqqında nəqədər danışsaq da belə, yenə də azdır.
Əlvida ey nur üzlü insan!
Əlvida ey qaranlıq yolları işıqlandıran insan!
Əlvida bir daha gülər üzünü görməyəcəyimiz insan!
Əlvida ey həlim qəlbli insan!
Əlvida ey böyük əxlaq sahibi.!
Əlvida..!
Çox təəssüf ki, cismani olaraq bu absurddur, yoxsa deyərdim ki, ay Hacı, yolun düşsə bu dünyaya birdə gəl. Çünkü sən hələ bizə çox lazım idin. Aramızda çox böyük bir boşluq qoyub getdin. Hamımızı yetim qoyub getdin. Məşhədi Dadaşın yetimləri artıq bu acıya tab gətirə bilmirlər. Hacının gedişi bütün Azərbaycan xalqında bir boşluq qoyub ki, o boşluğun İlahi tərəfindən dolmasını Allahdan və ağa İmame Zamandan (ə.f) istəyirik.
Və çox xahiş edirəm ki, biz həmişə tez unutqan xalq olmuşuq, hər bir ağrı-acını tez unutmuşuq. Ama gəlin Hacıya qarşı bu unutqanlığı etməyək. İllər, zamanlar keçsə də belə Hacını və onun fəaliyyətlərini unutmayaq.! Ümumiyyətlə bir-birimizin qədrini bilək. Ömür çox qısadır. Ölüm çağrılmamış bir qonaqdır! Nə zaman gələcəyi bəlli deyil. Hacı demiş, bir gün hamımız bir-birimizdən tez bir zamanda ayrılacağıq. Hacı can gedişin vaxtsız, zamansız və xəbərsiz oldu. Bizi param-parça etdin! Və bu üzdən, sonunda sözlərimi dəyərli Fəlsəfə Ustadım Mail Yaqubun sözlərilə bitirmək istəyirəm: Hacı can,
Ayrıldıq, küsdüm səndən!
Ölərəm, barışarıq..!
İlahiyyatçı Alim: Salman Kamiloğlu